Accessibility links

İnsan haqları qrupu qaçqınlara daha çox diqqət ayrılmasına çağırır


Bu həftə Türkiyənin sahilində tapılmış suriyalı körpə Aylan Kurdinin ölümündən bir il keçir. Onun sahildəki cəsədinin foto-şəkli dünya boyu qaçqınlara dəstəyin ifadə edilməsi ilə nəticələnmişdi.

Avropada insan haqları qruplarından biri olan Norveç Qaçqın Şurası bu ildönümündən istifadə edərək, Avropa liderlərini qaçqınların həyatını xilas etməyə çağırıb.

“Aylan Kurdinin ölümündən bir il sonra Avropa astanasında qaçqınların həyatı daha da pisləşib,” deyə NQŞ təşkilatının rəhbəri Can Egeland bildirib. “Avropa liderləri bununla bağlı tədbir görəcəklərinə söz verib və dövlətlər öz üzərlərinə düşən mənəvi vəzifələrini yerinə yetirməlidir. Lakin körpülər qurmaq əvəzinə onlar divarlar qurublar, onlar üzərlərinə düşən məsuliyyəti bölüşmək əvəzinə daha da dərinə yuvarlanıblar. ”

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına əsasən, Avropa ölkələri 2015-ci ildə bütövlükdə 1 miliyon qaçqın qəbul edib. Lakin Egelan deyir ki, bu, kifayət deyil və o daha çox qaçqının Avropada məskunlaşmasını görmək istəyir.

“Avropa sivilizasiyası və yaxud onun mövcud olmaması bizdən kömək istəyən insanları qorumağı bilməyimizlə ölçülür,” deyə o bildirib.

Aylan Kurdinin şəkli xeyriyyə təşkilatlarına böyük miqdarda ianələrin və qeyri-hökumət təşkilatlarının qaçqınlara və miqrantlara ərzaq, geyim və başqa ləvazimatların toplanmasında böyük rol oynadı.

İngiltərədə yerləşən Save the Children təşkilatı şəkil mediada yayıldıqdan 24 saat sonra ianələrinin 70 faiz artdığını bildirib. Aralıq dənizində müstəqil xilasetmə gəmilərinin idarə edən Miqrantlara Yardım Təşkilatı eyni ilə son 24 saat ərzində ianələrinin 15 dəfə artdığını elan edib.

Aylan Kurdinin ölümündən sonra keçən müddət ərzində Aralıq dənizini keçmək istəyərkən 4000 insan həlak olub. Egeland bunun qəbuledilməz olduğunu deyir.

“Avropa liderləri yeni faciələrin qarşısını almaq üçün daha çox iş görməlidirlər,” deyə o bildirib.


XS
SM
MD
LG