Accessibility links

Suriyanın Taftanaz hava bazasının nəzarəti uğrunda döyüşlər gedir


Suriya fəallarının bildirdiyinə görə, Taftanaz hava bazasının nəzarəti uğrunda müxalifət qüvvələri ilə hökumət əsgərləri arasında döyüşlər davam edir. Suriyanın İnsan Haqlarının Müşahidəsi qrupu rəqib döyüşçülərin bu gün səhər hücuma keçdiyini bildirir.

Qrup dünən müxalif qüvvələrin hökumət qüvvələri üçün strateji əhəmiyyət kəsb edən Suravkib şəhərinin nəzarətini ələ keçirdiyini deyib. Suriya İnsan Haqları
Müşahidə qrupu bildirib ki, prezidentə sadiq qüvvələr Suravkib şəhərindən geri çəkiliblər. Bu şəhər Hələbdən Dəməşqə və Aralıq dənizinədək gedən yolların birləşdiyi yerdə yerləşir.

Fəalların sözlərinə görə, cümə axşamı hökumət qüvvələrinin ərazidəki polis yoxlama məntəqələrinə qarşı hücumları zamanı 28 əsgər öldürülüb.

Bu arada Suriya f'allar ötən ay hər saat ərzində 6 adamın həlak olduğunu bildirir. Suriya İnsan HaqlarıMüşahidə qrupunun bu gün açıladıöı hesabatında deyilir ki, təkcə oktyabr ayında Suriyada 4532 adam öldürülüb. Bu isə hər gün 147 adamın həlak olması deməkdir.
XS
SM
MD
LG