Accessibility links

Cümə axşamı Suriya prezidenti Bəşər Əl-Əsəd gələn üç ay ərzində silahlarını təhvil verib, dövlət orqanlarına təslim olan üsyançılara amnistiya verəcəyini deyib.

Amnistiya razılığından əlavə Əsəd və Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildiriblər ki, Rusiya ilə Suriya höküməti mühasirəyə alınan Hələb şəhərindən gedən dörd dəhlizi açacaq. Onlardan üçü silahlarını yerə qoymaq istəyən mülki vətəndaş və üsyançılar, biri isə silahları ilə birlikdə qaçmaq istəyən üsyançılar üçün açılacaq.

Televiziyada yayımlanan çıxışında Şoyqu bildirib ki, Rusiya prezidenti Vladimir Putinin Hələb ətrafında “terrorçular tərəfindən girov alınmış mülk şəxslər, eləcə də silahlarını yerə qoymaq istəyən döyüşçülərə yardım etmək üçün genişmiqyaslı humanitar əməliyyatlar başladacaq.

Humanitar dəhlizlərin açılması ilə yanaşı Şoyqu şəhərdən kənarda ərzaq və ilk yardım stansiyalarının yerləşdiriləcəyini deyib.

Suriyanın hökümət qüvvələri mühasirə takrikasından istifadə edərək Hələbi geri almağa çalışır. Şəhər daxilində hələ də 25 min mülki vətəndaşın qaldığı güman edilir.

XS
SM
MD
LG