Accessibility links

Əsəd: Vaşinqtondan addım atılmasını gözləyirik


Suriya prezidenti Bəşər Əl-Əsəd bildirib ki, o, Vaşinqtondan addım atılmasını gözləyir. ABŞ dövlət katibi Con Kerri bir gün əvvəl Suriya hökümət liderləri ilə danışıqlar aparmaq haqda düşündüyünü deyib.

Əsəd dövlət televiziyası ilə çıxışı zamanı bildirib ki, hələ də bəyanatlar səsləndirilir, ancaq Suriya addımlar atılmasını gözləyir.

Bazar günü çıxışı zamanı Kerri deyib ki, Birləşmiş Ştatlar əvvəl-axır hazırki liderlə hakimiyyətin siyasi yolla ötürülməsinə dair razılıq əldə etməlidir. Belə ki, Suriya 200 min insanın ölümünə səbəb olan vətəndaş müharibəsinin dördüncü ilinə qədəm qoyub.

Birləşmiş Ştatlar həmçinin Suriyanın şimal və şərqində İslam Dövləti qrupu tərəfindən ələ keçirilmiş ərazilərə hava hücumlarına başçılıq edir. Terrorçu qrup eyni zamanda həm Dəməşkin, həm də Vaşinqtonun düşmən mövqeyinə çevrilib.

XS
SM
MD
LG