Accessibility links

BMT nümayəndəsi Suriya prezidenti ilə görüşüb


Beynəlxalq nümayəndə Laxdar Brahimi 21 aydır Suriyada davaam edən vətəndaş müharibəsinə son qoymağın yollarını müzakirə etmək üçün Dəməşqdə prezident Bəşar Əl-Əsədlə görüşüb.

BMT-Ərəb Liqası xüsusi elçisi Suriyaya Livandan gəlib. Müxalif fəalları bildirib ki, cənab Brahimi ölkəyə daxil olduğu gün hökumət qüvvələrinin çörək zavoduna hava hücumu nəticəsində 60 nəfər həlak olub.

Hücum Həma vilayətinin üsyançıların əlində olan Halfaya şəhərində baş verib.

Fəallar habelə bildirib ki, hökumət qüvvələri Hələb vilayətində və Dəməşqin şərq hissələrində hava hücumları həyata keçirib. Bu yolla prezident Bəşar Əl-Əsədə sadiq qüvvələr üsyançıların mövqelərindən keçilməsini istəyir.
XS
SM
MD
LG