Accessibility links

BMT-nin Insan Haqları Şurası Suriyada insan hüquqları vəziyyətinin ağırlaşdığını və mülki əhaliyə qarşı hücumların artdığını bildirir.

Qurumun braziliyalı rəhbəri Paulo Pinheyro Suriyada zorakılıq hallarının artdığını və bu səbəbdən onların araşdırılmasının çətin olduğunu deyib.

O, Suriyada islamçı ekstremistlərin sayının artdığını və onların prezident Bəşar Əl-Əsəd əleyhinə olan rəqib döyüşçüləri radikal mövqe tutmağa məcbur etdiklərini bildirib.

Suriyanın BMT-dəki səfiri Feysəl Xəbbaz Hamui Insan Haqları Şurasının hesabatını tənqid edərək, beynəlxalq ictimaiyyətin bəzi üzvlərinin böhranı daha da dərinləşdirdiyini deyib.
XS
SM
MD
LG