Accessibility links

BMT-nin son hesabatında Suriyada məhdud miqdarda kimyəvi silahlardan istifadə edildiyinə dair əsaslı dəlillər olduğu deyilir.

Qurumun Suriya üzrə nümayəndəsi Paulo Pinheironun bildirdiyinə görə, iki il davam edən münaqişə nəticəsində ölənlərin sayı BMT-nin İnsan Haqları Şurasına təqdim edilib. “Dəhşətə gətirən cinayətkarlıq gündəlik hal alıb. Müharibə humanizmi məhv edib. Suriyaya hərbi deyil, diplomatik çarə lazımdır. Biz bu faciəyə göz yummamalıyıq.”

Hesabatda deyilir ki, hansı kimyəvi silahdan istifadə və onun kim tərəfindən istehsal edildiyinə dair kifayət qədər dəlil əldə edilməyib. Lakin tam nəticə əldə edilməsi üçün insanlar və silahların 4 dəfə istifadə edildiyi iddia edilən yerlərdən nümunələr götürüləcək.

Sənəddə Suriya BMT-nin müfəttiş heyətinə yoxlanış üçün ölkəyə buraxılmasına çağırılır. Suriya hökuməti müfəttişlərin yalnız bir bölgəni yoxlamasına icazə verib.
Həm Bəşar Əl-Əsəd , həm də onun devrilməsinə çalışan rəqib qüvvələr biri-birini kimyəvi silahlardan istifadə etməkdə günahlandırır.

BMT komissiyası təəflərə silahlardan istifadə edilməsinin insan haqlarının pozulmasına dəlalət etdiyi barədə xəbərdarlıq verib. Pinheiro deyib ki, son iki il ərzində əldə edilən dəlillər mülki əhalinin üzləşdiyi dəhşətləri əks etdirir.

Hesabatın açıqlanması Rusiya və Avropa İttifaqının görüşünün Suriya müxalifətinin dəstəklənməsi səylərini kölgə altına aldığı vaxta təsadüf edir. Müzakirələrin bu gün ikinci günü keçirilir. Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ-ı beynəlxalq konfransda iştirka etməsi üçün Suriya müxalifətinə kifayət qədər təzyiq göstərməməkdə günahlandırıb.

Ötən həftə Avropa İttifaqının Suriya müxalifətinin silah embarqosunu ləğv etməsi rəqib döyüşçülərin silahla təmin edilməsinə yol açıb.

Suriya hökuməti ABŞ və Rusiyanın təklif etdiyi beynəlxalq sülh konfransında iştirak etməyə razılıq verib.

Bu arada ABŞ bu ayın sonunda İordaniyaya F-16 tipli Patriot raketləri göndərir. Bu, Suriya kimi ölkələrin zorakılıqlarına qarşı planlaşdırılmış hərbi təlimlərin bir hissəsidir.

Suriyanın Livandakı Hizbullahı raketərlə təmin etməsi narahatlıqların artmasına yol açıb.
XS
SM
MD
LG