Accessibility links

BMT-nin son hesabatında Suriya müharibəsində 93 min insanın həlak olduğu bildirilir. Lakin təşkilat əsl göstəricinin daha artıq ola bilcəyi barədə xəbərdarlıq verir.

BMT-nin insan hüquqları idarəsinin məlumatına görə, ölüm hallarına dair göstəricilər aprel ayının sonunadək olan bir vaxtı əhatə edir. Təşkilat ötən iyul ayından bəri hər ay orta hesabla 5 min nəfərin münaqişənin qurbanı olduğunu bildirir. Ölənlərin 6.5 minini uşaqlar təşkil edir. Uşaqların işgəncələr və qətllərə məruz qaldığı sənədləşdirilib.

Bu arada, Suriyanın hökumət qüvvələri Hələb şəhərind rəqib döyüşçülərin mövqelərini bombardman edir. Vəziyyət müxalif qüvvələrə yeni yardım yollarının nəzərdən keçirilməsinə əsas verib.

Dünən ABŞ dövlət katibi Con Kerri və Britanya xarici işlər naziri Uilliam Haque Vaşinqtonda Suriyada müvəqqəti hökümətin qurulmasına dair potensial addımları dəyərləndirib.

ABŞ dövlət katibi Suriya prezidenti Bəşər Əl-Əsədə qarşı döyüşən üsyançıların silahla təmin edilməsi barədə heç bir qərar qəbul edilmədiyini bildirib.
XS
SM
MD
LG