Accessibility links

Fransadan Suriyaya hərbi müdaxilə çağırışı


Fransa bildirir ki, Suriya qüvvələrinin Dəməşq yaxınlığında müxalifət qüvvələrinə qarşı kimyəvi silahdan istifadə etməsi təsdiqlənsə, beynəlxalq ictimayyət buna hərbi yolla cavab verməlidir.

Ancaq Fransa xarici işlər naziri Loren Fabius quru qüvvələrdən istifadəni istisna edib.

Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu da beynəlxalq aləmi addım atmağa çağıraraq, Suriyanın qırmızı xətti keçdiyini deyib.

Fəallar bildirib ki, Suriya hökümət qüvvələrinin bir gün əvvəl çoxsaylı mülki vətəndaşın ölümünə səbəb olan kimyəvi silahdan istifadə etdiyi Qouta bölgəsində yeni bomba hücumu həyata keçirilib.

Suriya höküməti kimyəvi silah barədə iddiaları rədd edib. Onlar müxalifətin məqsədinin hazırda ölkədə olan BMT müfəttişlərinin diqqətini yayındırmaq olduğunu deyib. BMT müfəttişləri Suriya hökümətinin üsyançıların bu ilin əvvəlində kimyəvi silah işlətməsi barədə iddialarını araşdırmak üçün bölgədə səfərdədirlər.

BMT Təhlükəsizlik Şurası Suriyadakı vəziyyəti müzakirə etmək üçün növbədənkənar sessiya keçirib.
XS
SM
MD
LG