Accessibility links

Suriya BMT-nin Baş Assambleyasının gündəliyində əsas məsələdir


U.N. Secretary General Ban Ki-moon addresses the 68th session of the United Nations General Assembly, Tuesday, Sept. 24, 2013 at U.N. headquarters. (AP Photo/Richard Drew)
U.N. Secretary General Ban Ki-moon addresses the 68th session of the United Nations General Assembly, Tuesday, Sept. 24, 2013 at U.N. headquarters. (AP Photo/Richard Drew)

BMT-nin Baş katibi Ban Ki Mun dünya liderlərini Suriyada vətəndaş müharibəsinə son qoyulmasına yardım göstərməyə çağırıb.

Cənab Ban BMT-nin Baş Assambleyasının illik sessiyasında dünya ölkələrinin dövlət başçılarına Təhlükəsizlik Şurasında Suriyanın kimyəvi silahlarını təhvil verməsilə əlaqədar icbari qüvvəsi olan qətnamənin qəbul edilməsini gözlədiyini deyib.

ABŞ prezidenti Barak Obama bildirib ki, Suriya hökumətinin ABŞ və Rusiyanın əldə etdiyi razılığa uyğun olaraq verdiyi vədə əməl etmədiyi halda bunun nəticələri olacağı da qətnamədə öz əksini tapmalıdır.

Türkiyə prezidenti Abdulla Gül bildirib ki, o, razılığın Yaxın Şərqdə kütləvi qırğın silahlarının bütün növlərinin məhv edilməsi istiqamətində ilk addım olacağına inanır.

Prezident Obama həmçinin ABŞ Dövlət katibi Con Kerrini İranın nüvə proqramının diplomatik yolla həllinə nail olmaq üçün müzakirələrə göndərdiyini deyib. Cənab Obama diplomatiya yolunun sınaqdan keçirilməli olduğuna inandığını bildirib.

Fransa prezidenti Fransua Hollande isə deyib ki, o, İranın hərbi məqsədli nüvə proqramından imtina etdiyinə dair ciddi addımlar atacağını gözləyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG