Accessibility links

Suriyada döyüşlər qızışa bilər [Video]


Suriyada döyüşlər qızışa bilər
please wait

No media source currently available

0:00 0:02:03 0:00
Suriya höküməti ona üsyançı qüvvələr üzərində hərbi üstünlük verən kimyəvi silahları itirə bilər. Ekspertlər deyir ki, bu sonuc hər iki tərəfdən hücumları intensivləşdirə bilər.
Beynəlxalq Strateji Araşdırmalar İnstitutundan Ben Berri bildirir ki, Suriya höküməti kimyəvi silahları itirdikdən sonra, başqa hərbi vasitələrdən istifadəyə üz tuta bilər.

"Bu rejimin hərbi üztünlüyünü azaldan elementdir. Əlbəttə, rejim hələ də tanklar, minamyot, artillerya və raketlər daxil olmaqla bir çox hərbi vasitələrə sahibdir. Bunlar onun gücünün əsas hissəsidir."

İnstitutdakı ekspertlərin fikrincə, keçən ay baş vermiş kimyəvi silah hücümu və Qərb qüvvələrinin buna hərbi cavab verməməsi üsyançıları məyus edib. Emili Hokayem Yaxın Şərq Mərkəzi İnstitutunda baş elmi işçidir.

"Həqiqətən düşünürəm ki, gələcək aylarda döyüşlər xeyli qızışacaq. Biz yəqin ki, daha çox insan təlafatı görəcəyik. Çünki indi belə bir düşüncə var, xaricdən kömək gəlmirsə, demək, hər kəs hərəkətlərində sərbəstdir."

Və bu BMT-nin ekspertlərinin Suriyanın kimyəvi silahlarını tapıb məhv etmək səylərini daha da çətinləşdirəcək. BMT-nin baş katibi Ban Ki-mun düşünür ki, Rusiya Suriya hökümətini cilovlaya bilərsə və Qərbin, üsyançı qüvvələri ekspertlərə müdaxilə etməməsində razı sala bilərsə plan işləyə bilər.

"Hökümət və müxalifət qüvvələrinə təsir göstərmə gücünə sahib hər iki tərəf onlara siyasi təzyiq göstərə bilər. Mən bunun baş tuta biləcəyini düşünürəm."

Bu düşüncə müfəttişlərin Suriyaya yola düşməsi ilə sınaqdan keçiriləcək. Amma ekspertlər güman edirlər ki, müfəttişlərlə əməkdaşlığa nə hökumət, nə də müxalifət can atmayacaq.
XS
SM
MD
LG