Accessibility links

Cenevrədə Suriya sülh danışıqlarının ilk mərhələsi sona çatıb


Cenevrədə keçirilən Suriya höküməti və müxalifəti arasındakı sülh danışıqlarının ilk mərhələsi bu gün başa çatır. Tərəflərin əsas məsələlərdə kiçik irəliləyiş əldə etdikləri müşahidə olunub.

Müzakirələrin növbəti raundunun bir həftə ərzində başlaması planlaşdırılıb.

BMT vasitəçisi Laxdar Brahimi növbəti mərhələdə daha çox əhəmiyyətli müzakirələrin baş verəcəyinə ümid etdiyini deyərək, bunun sadəcə prosesin başlanğıc nöqtəsi olduğunu qeyd edib.

Suriya höküməti terrorism məsələsini müzakirə etməyi təklif edib. Cümə axşamı hökümət rəsmiləri terrorismin maliyələşdirilməsinə son qoyulmasına çağırıb.

Müxalifət tərəfi kommunikeni tək tərəfli oluğu üçün rədd edərək, keçid hökümətinin qurulmadığı təqdirdə bunu müzakirə etməyin mənasız olduğunu deyib.

Buna cavab olaraq Dəməşq nümayəndə heyəti bildirib ki, müxalifətin terrorism kommunikesini rədd etməsi onların özünün terrorçu olduğuna işarədir.
XS
SM
MD
LG