Accessibility links

ABŞ: Suriyada müxalifət nümayəndələrinin qohumları dərhal azad edilməlidir


ABŞ bildirir ki, Suriya höküməti danışıqlarda iştirak edən müxalifət nümayəndələri ilə əlaqəsi olan insanları həbs etməklə beynəlxalq ictimaiyyətin sülh danışıqlarını dəstəkləmə səylərinə məhəl qoymur.

Dövlət Departamentinin sözüçüsü Cen Psaki deyib ki, baş verənlər yeni taktikalar deyil. O, prezident Bəşər Əl-Əsəd hökumətini dərhal saxlanılanları azad etməyə çağırıb.

Xanım Psaki Suriya Milli Koalisiyasının nümayəndəsinin qardaşı Mahmud Sabranın keçən həftə keçid məntəqəsində həbs olunaraq Dəməşqdə təhlükəsizlik qüvvələri tərəfindən saxlandığını vurğulayıb.

BMT və Ərəb Liqasının elçisi Laxdar Brahiminin başçılıq etdiyi sülh danışıqlarında cüzi irəliləyişə nail olunduğu deyilir.

Ancaq ABŞ dövlət katibi Con Kerri sülh danışıqlarını tənqid edənlərə bildirib ki, prosesi uğursuzluq kimi qiymətləndirmək hələ tezdir.
XS
SM
MD
LG