Accessibility links

Müharibənin dayandırılması Suriya böhranını həll edəcəkmi? [Təhlil]


Bəzi ekspertlər Suriyanın sülh danışıqlarının atəşkəs və insanların iztirabının yüngülləşdirilməsinə xidmət edəcəyini deyir. BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi tərəfləri bu imkandan istifadə etməyə razı salmağa çalışır.

Atəşkəs həmişə pozitiv olmur

Atəşkəs hər bir halda yaxşı variantdır. Lakin Beynəlxalq Böhran Mərkəzindən təhlilçi Noah Bonsinin dediyinə görə, bu, heç də hər zaman vəziyyətin düzəlməsinə yardım etmir.

“Atəşkəs həmişə pozitiv olmur. Atəkəs vəziyyətdən asılı olaraq, mənfi və ya müsbət təsirə malik ola bilər. Bu, həyatları xilas edir. Bəlkə də siyasi proseslərə start verir.”

Bəs pis atəşkəs olsa necə?

“Bu, daha artıq zorakılıqlarla yanaşı, daha artıq insan tələfatına yol aça bilər.”

Bonsi deyir ki,Suriya müharibəsində atəşkəslər yanlış inkişaflara aparıb çıxarıb. Bu ya təlim, ya da hərbi taktikanın döyüşləri strateji hala çevirməsi ilə nəticələnib.

Çünki müzakirə tərəfləri eyni qüdrətə malik deyil.

Suriyada vətəndaş cəmiyyətlərinin təbliği ilə məşğul olan Mədəni təşkilatının təsisçisi Rim Turkməni kiçikmiqyaslı atəşkəslərin umimmili müzakirələrə çevrilə biləcəyini deyir. Əlbəttə, əgər onlar qüvvədə saxlansa. Və vasitçilərin rolu olsa.

Onun dediyinə görə, tərəflər müharibədənsə, sülhün onlara xidmət edəcəyində əmin olmalıdır.

“İlk öncə vasitəçilərin, ikincisi döyüşçülərin təhlükəsizliyi təmin edilməlidir. Bir il əvvəl Əl Vayer döyüşçüləri müdafiə edilsə idi, atəşkəsi sevinclə qəbul edərdi. Onlar “biz hərəkətə hazırıq amma hansı səmtə doğru irəliləməliyik”- deyə soruşdular. Hərəkət etdiyimz an öldürüləcəyik.”

Döyüşçülər sülh razılığının onları təhlükəyə atacağından əmin idi. Bunu Human Rights Watch təşkilatından Nadim Xuri deyir.

“Homsda döyüşçülərdən ayrılan gənclər Suriya ordusunda xidmət göstərməyə məcbur edilirdi. Onlar həbs edilirdi. Biz ailələrlə təmas saxlayırıq. Oğullarının yerini onlar da bilmir.”

Müharibənin dayandırılması Suriya böhranını həll etməyəcək. Belə ki, ölkənin səhiyyə sistemi dağılıb, 300 mindən artıq insan müxtəlif xəstəliklər üzündən həlak olub. Uşaqların 40 faizi təhsildən məhrumdur.

Təkcə müharibədə 200 min insan həyatını itirib. Milyonlarla insan didərgin düşüb. İkinci Dünya Müharibəsindən bəri ən böyük qaçqın problemi yaşanır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG