Accessibility links

ABŞ Suriya böhranını Rusiya ilə müzakirə edir [Video]


ABŞ Suriya böhranını Rusiya ilə müzakirə edir
please wait

No media source currently available

0:00 0:02:05 0:00

ABŞ Suriya böhranını Rusiya ilə müzakirə edir

​​Birləşmiş Ştatlar bildirir ki, Suriyadakı münaqişəyə qarşı beynəlxalq səylər koordinasiya olunmalıdır

ABŞ Dövlət Departamentinin yüksək səviyyəli rəsmisi bildirib ki, Birləşmiş Ştatlar Suriya prezidenti Bəşər Əl-Əsəd rejiminin hakimiyyətdə qala bilməsi hissinin yaradacağı “təhlükə”dən narahatdır. O bu açıqlamanı bazar günü Dövlət katibi Con Kerri Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Rusiyanın Suriyada hərbi mövcüdluğunu artırması məsələsini müzakirə etdikdən sonra edib.

Fikrimcə, qeyi-qanuni strukturlara hərbi dəstəyin təmin edilməsi beynəlxalq hüquq normalarına və BMT Xartiyasının prinsiplərinə ziddir
Vladimir Putin

Birləşmiş Ştatlar bildirir ki, Suriyadakı münaqişəyə qarşı beynəlxalq səylər koordinasiya olunmalıdır.

”Bu, münaqişənin sona çatdırılmasının mümkün ola bilməsini öyrənmək üçün əsl səylərin və daha effektiv həll yolu tapmaq üçün atılan addımların başlanğıcıdır,” deyə Con Kerri bildirib.

Dövlət katibi Kerri və Rusiyanın xarici işlər naziri Lavrovun BMT-nin Baş Assambleyası çərçivəsində görüşü rəsmilər arasında baş tutan bir sıra telefon danışıqlarından sonra keçirilir. Bu telefon danışıqları zamanı ABŞ Rusiyanın Suriyadakı roluna aydınlıq gətirilməsinə çalışıb. Rusiyanın ölkəyə təyyarə və digər hərbi avadanlıq göndərməsi Əsəd rejiminə dəstək kimi qiymətləndirilir. Bu, ABŞ-ın Əsədin legitimliyini itirdiyi və hakimiyyətdən getməli olduğuna dair mövqeyinə ziddir.

“Belə etməklə Rusiya bu münaqişənin gedişində daha böyük sözə sahib olduğunu göstərmək istəyir,” deyə Atantik Şuradan Fəyzal İtani bildirib.

Müsahibə zamanı Rusiya lideri ABŞ-ın mötədil suriya müxalifətinə dəstəyinin qeyri-qanuni olduğunu deyib.

Barak Obama BMT-də çıxışı zamanı
Barak Obama BMT-də çıxışı zamanı

“Fikrimcə, qeyi-qanuni strukturlara hərbi dəstəyin təmin edilməsi beynəlxalq hüquq normalarına və BMT Xartiyasının prinsiplərinə ziddir. Biz yalnız qanuni hökümət strukturlarını dəstəkləyirik,” deyə Vladimir Putin bildirib.

Putin və prezident Barak Obama bazar ertəsi bir ildən sonra ilk dəfə olaraq üz-üzə görüş keçirəcək. ABŞ Rusiyanın Suriya da daxil olmaqla, bir sıra məsələyə aydılıq gətirməsini istəyir.

“Mən əsaslı dönüş olacağını gözləmirəm, amma ümid edirəm ki, bu, prosesin və danışıqların sonu deyil, başlanğıcı olacaq,” deyə Karneqi Beynəlxalq Sülh Fondundan Perri Kammak bildirib.

Təhlilçilər deyir ki, Əsəd höküməti İŞİD yaraqlılarına və mötədil Suriya müxalifətinə qarşı mübarizə apardığı zaman Rusiyanın əsas məqsədi Suriyada öz marqlarını qorumaq ola bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG