Accessibility links

Dəməşq yaxınlığında iki partlayış nəticəsində 34 adam həlak olub


Suriyanın paytaxtı Dəməşq yaxınlığında iki partlayış nəticəsində 34 adam həlak olub.

Fəalların bildirdiyinə görə, hadisə xristianlar və druzların məskunlaşdığı Jermana rayonunda baş verib. Televiziya ilə nümayiş etdirilən kadrlar bombaların yerləşdiririldiyi maşınların tullantılarını göstərib.

SANA dövlət xəbər agentliyi hücumu terror aksiyası kimi qiymətləndirib.

Bu arada, müxalifət fəallarının İnternetdə yayımladığı video hökumət təyyarəsinin endirildiyini və pilotun ələ keçirildiyini nümayiş etdirir.Lakin təyyarənin Hələbdə təyyarələrə qarşı silahlarla endirildiyi iddiası müstəqil şəkildə təsdiq edilməyib.

Lakin Azad Suriya Ordusunun rəhbəri Mustafa Əbdel Rəzzaq təyyarənin onun qüvvələri tərəfindən vurulduğunu bildirib.

Fəallar rəqib qüvvələrin quruda mövqelərini möhkəmlətdiyini bildirir. İnternetə yerləşdirilən digər videoda hökumətin döyüş təyyarələrinin Homs şəhərini bombardman etdiyi nümayiş etdirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG