Accessibility links

Dəməşq yaxınlığındakı bölgələr bombardman edilir


Suriyanın insan hüquqları müdafiəçiləri hökumətin döyüş təyyarələrinin Dəməşq yaxınlığındakı bölgələri bombardman etdiyni bildirir. Rəqib döyüşçülərin mövqelərinə qarşı hücum nəticəsində 5-i bir ailədən olmaqla, 7 adam öldürülüb.

Britaniyada yerləşən Suriya İnsan Haqlarının Müşahidəsi qrupunun bildirdiyinə görə, Əl-Barika kəndinin hədəf alınması zamanı 3 uşaq da həlak olub. Hökumət qüvvələri Dəməşqin
şərq hissələrini də hücuma məruz qoyub.

Prezident Əsədin 12 illik hakimiyyətinə son qoymağa çalışan müxalif qüvvələr Dəməşqin şimal bölgəsinin əksəriyyətinə nəzarət edir. Lakin onlar hökumətin hücumlarına görə şəhərə doğru irəliləyə bilmir.

Əsəd tərəfdarı qüvvələr müntəzəm şəkildə zəif silahlanmış döyüşçüləri hava və qurudan atəşə tutur.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG