Accessibility links

Britaniyanın baş naziri Deyvid Kameron Suriyanın müxalifət qrupları ilə ölkədəki siyasi böhranın həlli məqsədi ilə danışıqlar keçiriləcəyini bildirib.

Britaniya hökuməti müxalifətin hərbi nümayəndələri ilə birbaşa təmaslara razılıq versə də, onlara hərbi yardım göstərməyəcək.

Suriya qaçqınlarının İordaniyadakı sığınacaqlarını ziyarət edən baş nazir ABŞ prezidenti Barak Obamanı seçkilərdəki qələbəsinə görə təbrik edərək, onunla iş birliyində Suriyanın prioritet məsələlər sırasında yer alacağını bildirib.

Bu həftə Suriyanın müxalifət nümayəndələri Qətərdə görüş keçirir.

Bu arada, Suriyada qızğın döyüşlər davam edir.

Fəallar dünən ölkə boyu 150 insanın həlak olduğunu bildirir.
XS
SM
MD
LG