Accessibility links

Dünya liderləri Suriyada hakimiyyətin keçidi məsələsində razılığa gəlib


APTOPIX Syria Diplomacy Clinton

APTOPIX Syria Diplomacy Clinton

Cenevrədə zirvə görüşündə Suriya üçün sülh planı müzakirə edilib



Dünya liderləri Suriyada prezident Bəşar Əl-Əsəd və onu hakimiyyətdən devirməyə salmağa çalışan müxalifət qüvvələri arasında qanlı münaqişəyə son qoymaq üçün hakimiyyətin keçidinə dair razılıq əldə edib.

Cenevrədə iclas zamanı BMT Təhlükəsizlik Şurasının üzvləri xüsusi nümayəndə Kofi Annanın sülh planının daha yumşaq versiyasını qəbul edib. Lakin burada cənab Annanın özünün keçid hökumətinə daxil olub-olmayacağı məsələsi açıq qalır.

BMT-nin keçmiş baş katibi deyib ki, yeni keçid hökumətinə Əsəd hakimiyyəti və müxalifət üzvləri daxil olacaq. O bildirib ki, cənab Əsədin taleyini Suriya xalqı özü həll etməlidir.

ABŞ Dövlət katibi Hillari Klinton isə deyib ki, Suriyanın gələcəyində cənab Əsədə yer yoxdur. “Burada gəldiyimiz nəticə odur ki, o və əli qana bulaşmış başqaları artıq hakimiyyətdə qala bilməz”-deyə o bildirib.
XS
SM
MD
LG