Accessibility links

Monitorinq qrupları və təhlükəsizlik mənbələrinin bildirdiyinə görə, BMT-nin vasitəçiliyi ilə cihadçıların Suriya paytaxtından evakusiya prosesi gecikdirilir. Buna səbəb cümə günü yaraqlıların təhlükəsiz şəkildə köçürülməsinə təminat verən rəqib döyüşçülərin liderinin öldürülməsi olub.

4 minə yaxın yaraqlının təxliyəsi dünən həyata keçirilməli idi. Lakin Britaniyada yerləşən Suriyada İnsan Haqlarının müşahisədi qrupu İslam Ordusu qrupunun təsisçisi Zahran Alluş onların Dəməşq yaxınlığındakı Qouta şəhərindəki baş qərargahını hədəf alan hava reydləri zamanı öldürülüdüyünü bildirib.

Alluşun ölümü silahlı müxalifər arasında ciddi qəzəbə səbəb olub və bu, 2016-cı ilin əvvəllərində prezident Bəşar Əl-Əsəd hökuməti ilə keçirilməsi planlaşdırılan danışıqlara ciddi təsir edə bilər.

İslam Ordusu ali səhra komandiri Essam Əl-Buvaydhanin Alluşun yerinə təyin edib.

Təlim keçmiş minlərlə döyüşçüsü olan İslam Ordusu Suriyada ən böyük və ən təşkilatlı üsyançı qruplaşma hesab edilir.

Aluşun öldürülməsinin detalları bəlli deyil. Bəziləri onun Əsəd hökuməti tərəfindən, digərləri isə Rusiyanın hava hücumları zamanı öldürüldüyünü deyir.

Suriya prezidenti Bəşar Əl-Əsədin müttəfiqi olan Rusiya 3 ay əvvəl Suriyada hava hücumlarına başlayandan bəri üsyançıların bir neçə nüfuzlu liderinin həyatına son qoyub.

XS
SM
MD
LG