Accessibility links

Con Kerri Suriya hökumətini sülh yaratmağa çağırır



ABŞ Dövlət katibi Con Kerri Suriya prezidenti Bəşar Əl-Əsədi ölkəsində sülh yaratmağa çağırıb. Con Kerri bu çağırışı Suriyaya dair sülh konfransına dəstək qazanmaq üçün Əmmanda “Suriyanın dostları” qrupunun görüşündən əvvəl edib.

İordaniyalı həmkarı Naser Cudehlə birgə mətbuat konfransında danışan Con Kerri deyib ki, ABŞ və Rusiyanın təklif etdiyi sülhə dair Cenevrə konfransının on minlərlə insanın həyatını itirdiyi qantökmənin dayandırılması məqsədi güdür.

ABŞ dövlət katibi eyni zamanda İranı Suriya hökumət qüvvələrinin tərəfindən döyüşən Livanın Hizbullah döyüşçülərinə kömək etməklə Suriyada vətəndaş müharibəsini qızışdırmaqda ittiham edib.

Dövlət katibi Kerri İordaniya paytaxtı Əmmana “Suriya dostları” qrupuna daxil olan Birləşmiş Ştatlar, Qərb və ərəb ölkələrinin diplomalatları ilə birgə keçiriləcək iclasdan öncə çərşənbə günü yetişib. Başlıca müxalif qrup hesab edilən Suriya Milli Koalisiyasının yüksək səviyyəli üzvlərinin də görüşdə iştirakı gözlənilir.

Gündəmdə olan əsas məsələ Suriya hökuməti və müxalifətinin ölkədə iki ildir sürən münaqişənin siyasi həllinin tapılması məqsədilə danışıqlar üçün gələn ay bir araya gətirilməsinə dair ABŞ və Rusiyanın təklifidir. Suriya hökumət və müxalifətinin konfransa gəlib-gəlməyəyi, konfransa kimləri göndərəcəkləri və danışıqların harada aparılacağı hələ aydın deyil.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG