Accessibility links

Suriyanın iki şəhərində bomba və minomyot hücumu 50-dən çox insanın ölümünə səbəb olub.

Homs şəhərində əsasən ələvilərin məskunlaşdığı rayonda avtomobilə yerləşdirilmiş bomba hücumu 36 nəfərin ölümü ilə nəticələnib. Rəsmilər bomba hücumları zamanı əksəriyyəti mülkü vətəndaşlar olan 85-dən çox insanın yaralandığını deyib.

Dəməşqin mərkəzində baş vermiş ölümcül mərmi hücumuna görə Suriya hökuməti terrorçuları günahlandırır.

Dövlət SANA xəbər agentliyi paytaxtın Əl-Şaqur rayonunda minomyot hücumunun 12 nəfərin ölümünə, 50 nəfərin isə yaralanmasına səbəb olduğunu bildirib. Britaniyada qərargahlanan Suriya İnsan Haqları Müşahidə qrupu ölənlərin sayının 17 nəfər olduğunu deyib.

Suriya hökuməti prezident Bəşar Əl-Əsədi hakimiyyətdən devirmək üçün döyüşən üsyançıları terrorçu adlandırır.

Bu arada, insan haqları müşahidəçiləri Suriya qüvvələrinin BMT Təhlükəsizlik Şurasının bu kimi hücumların qadağan edilməsilə bağlı qətnaməsinə baxmayaraq, Hələb şəhərində hücumlarda çəllək bombalarından istifadə etməyə davam etdiyini bildirib.

Qrup fevral ayında Təhlükəsizlik Şurasında qətnamənin təsdiq ediləməsindən bəri üsyançıların nəzarətində olan Hələb şəhərində azı 85 bomba hücumunun qeydə alındığını bildirib.
XS
SM
MD
LG