Accessibility links

Prezident Bəşar Əl-Əsəd hökuməti Dəməşqdə üsyançılarla mübarizə apararaq müxalifət qüvvələrini paytaxtdan çıxarmağa çalışır. Döyüşlər zamanı 50 mülki vətəndaş öldürülüb. Fəallar Dəraa şəhərində evlərə reydlər keçirildiyi, bir neçə məhəllədə döyüşlərin getdiyi barədə məlumat verib. Ölkə boyu ölənlərin sayı 100-dən çoxdur.

Britaniyada qərargahlanan Suriyada İnsan Haqları Müşahidə qrupu Dəməşq və Dəraa arasındakı yolda 20 hökumət ədəgrinin öldürüldüyünü bildirib. Dünən qrup Amerikanın Səsinə Dəməşq şəhərində təxminən 41 nəfərin öldürüldüyünü deyib.

Sakinlər döyüşlərin ordunun müxalifət qüvvələrinin nəzarətində olan məhəllələrə hücum etməsindən sonra ağırlaşdığını deyir.

BMT-nin siyasi işlər üzrə bürosunun rəhbəri Cefri Feltmen Təhlükəsizlik Şurasına Suriyada gərginləşən humanitar vəziyyəti artan həyəcanla izlədiyini deyib. O, qeyd edib ki, 2.5 milyon insanın humanitar yardıma ehtiyacı var. Çox sayda evlərindən didərgin düşən suriyalı qonşu ölkələrdə sığınacaq axtarır.

Ötən həftə Suriyaya səfər edən BMT-nin fövqəladə məsələlər üzrə koordinatoru Valeri Amos deyib ki, keçən ay BMT agentliyi Suriya boyu 820 000-dən çox insanı ərzaqla təmin edib. O əlavə edib ki, mart ayında Suriyaya səfərilə müqayisədə ölkədə humanitar vəziyyət daha da pisləşib.
XS
SM
MD
LG