Accessibility links

BMT müşahidə missiyasının son üzvləri Dəməşqi tərk etdilər


BMT müşahidə missiyasının üzvləri atəşkəsə nəzarət üçün nəzərdə tutulan müddət başa çatdığına görə Suriya paytaxtı Dəməşqi tərk etməli olub.

Bu gün Livana yola düşən müşahidəçilər bir zamanlar Suriyaya göndərilmiş 300 nəfərlik müşahidəçi qrupun son üzvləridir. Yerdə qalan dəstələrin həftənin sonunadək Suriyanı tərk edəcəkləri gözlənilir.

Missiyanın mandatı ötən bazar günü başa çatıb və BMT Təhlükəsizlik Şurası gələcək sülh səylərini dəstəkləmək üçün Suriyada kiçik idarə saxlayacaq.

Müşahidəçilər sabiq beynəlxalq elçi Kofi Annanın planının bir hissəsi kimi Suriyaya göndərilmişdilər. Lakin qətliamların davam etməsi missiyanın iyun ayında ləğv edilməsi ilə başa çatdı.
XS
SM
MD
LG