Accessibility links

Dəməşqdə döyüşlər gedir


Suriya qoşunları müxalifət qüvvələrinin Suriya hökumət qüvvələrilə apardıqları şiddətli döyüşlərdən sonra zirehli maşınlarını paytaxt Dəməşqə yeridiblər.

Fəallar bu gün döyüşlərin şəhərin bir neçə bölgəsində və mərkəzində aparıldığını deyib.

Döyüşlərin vüsət aldığı bir vaxt BMT-nin xüsusi nümayəndəsi Kofi Annan Qərbin Suriya lideri Bəşər Əsədə qarşı təyziqləri artırmağa dair çağırışlarına müqavimət göstərən Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya səfər etməyə hazırlaşır.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərbin Suriya əleyhinə BMT-nin daha ciddi qətnaməni dəstəkləməsi üçün Moskvanı şantaj etdiyini deyib.

Dünən Beynəlxalq Qırmızı Xaç İcması Suriyanın bir sıra bölgələrində artıq vətəndaş müharibəsinin başladığını deyib.
XS
SM
MD
LG