Accessibility links

Suriya müxalifət fəalları bir neçə gün əvvələ qədər Bəşər Əsəd əleyhinə üsyandan kənarda qalmış Hələb şəhərində üsyançılarla hökumət qoşunları arasında şiddətli toqquşmaların davam etdiyini deyirlər.

Fəallar bildirib ki, bu gün şəhərin bir neçə məhəlləsində ağır döyüşlər gedib. Fəalların sözlərinə görə hökumət qüvvələri şəhərin mərkəzi həbsxanasına hücum edərək təxminən 15 məhbusu öldürüb.

Müxalifətin Yerli Koordinasiya Komitəsinin nümayəndələri bildirib ki, bu gün hökumət qüvvələri paytaxt Dəməşqin yaxınlığındakı ərazilərdə, o cümlədən, Deir Əs-Zur və Homs şəhərlərində hücumlar həyata keçirib.

Bu arada ABŞ prezidenti Barak Obama başqa dünya liderlərinə qoşularaq Suriya hökumətinə kimyəvi silahlardan istifadə etməməyə dair xəbərdarlıq verib. Cənab Obama dünən deyib ki, Suriya hökumət qüvvələri zəhərli qaz və ya başqa ölümcül kimyəvi maddələrdən istifadə edərsə, onun məsuliyyətini Əsəd şəxsən özü daşıyacaq.
XS
SM
MD
LG