Accessibility links

Suriya hökuməti sülh danışıqlarına qoşulmağa hazırdır


Nyu-Yorkda Suriyaya dair danışıqlar
Nyu-Yorkda Suriyaya dair danışıqlar

Suriyanın xarici işlər naziri ölkəsini Cenevrədə “heç bir xarici müdaxilə olmayadan” sülh danışıqlarında iştirak etməyə hazır olduğunu bildirib. Xarici işlər naziri Valid Muallem bu bəyanatı BMT-nin Təhlükəsizlik Şurasının Suriyada müharibənin sona çatdırılması üçün beynəlxalq sülh planını təsdiq etdikdən bir həftə sonra verib.

Pekində çinli həmkarı Vanq Yi ilə görüşən Suriya xarici işlər naziri deyib ki, Suriya nümayəndə heyəti sülh danışıqlarında müxalifət nümayəndələrinin siyahısını alan kimi müzakirələrə hazır olacaq.

Valid Muallem “xarici müdaxilə” dedikdə nəyi nəzərdə tutduğuna aydınlıq gətirməyib. Lakin o bildirib ki, Dəməşq hökuməti dialoqun Suriyada milli birlik hökumətinin yaradılmasına kömək edəcəyinə ümid bəsləyir.

Çin keçən həftə sülhə nail olunması üçün yol xəritəsini yekdilliklə təsdiq etmiş BMT Təhlükəsizlik Şurasının üzvlərindən biridir.

Bu arada, Moskvada Xarici İşlər nazirinin müavini Mixail Boqdanov Suriyada əldə ediləcək hər hansı bir atəşkəsin Rusiyanın İslam Dövləti qrupuna qarşı hərbi hava kampaniyasını dayandırması ilə nəticələnməyəcəyini deyib.

O bildirib ki, vətəndaş müharibəsində döyüşlər ara versə, Rusiya İslam Dövləti qrupunu hədəf alan hərbi hava kampaniyasını intensivləşdirəcək.

Boqdanov Rusiyanın İnterfaks xəbər agentliyinə bildirib ki, Suriyada münaqişəyə cəlb olunmuş tərəflərin atəşkəsə dair əldə edəcəyi hər hansı bir razılığın terrorçu qruplara qarşı hərbi əməliyyatlara təsir göstərməyəcək.

XS
SM
MD
LG