Accessibility links

Cenevrədə Suriya sülh danışıqları davam edir


Staffan de Mistura

Staffan de Mistura

BMT-nın Suriya nümayəndəsi Staffan de Mistura bazar ertəsi yenidən Cenevrədə müxalifət nümayəndə heyəti ilə görüşür. Onlar artıq sülh danışıqlarında əsas müxalifət qrupunun həll etmək istədiyi məsələlərin həllində irəliləyiş əldə ediblər.

O, bazar günü müxbirlərə müxalifətin sülh prosesinə qoşulacağı ilə bağlı “nikbin” olduğunu deyib. Danışıqlar cümə günü, yəni planlaşdırıldığından beş gün gec başlayıb. Müxalifət nümayəndələri prosesin ilk gününü boykot ediblər.

Müxalifət bazar günü baş tutan müzakirələrin humanitar məsələlərə toxunduğunu və “pozitiv və ruhlandırıncı” keçdiyini bildirib. Humanitar məsələrə isə onların mülki vətəndaşlara qarşı hava hücumlarının dayandırılması və üsyançıların nəzarət etdiyi ərazilərə humanitar yardımın çatdırılmasının qarşısını alan mühasirənin aradan qaldırılması tələbləri daxildir.

Qrup bildirib ki, onlar Cenevrəyə prezident Bəşər Əl-Əsəd höküməti ilə danışıqlar aparmaq üçün deyil, BMT rəsmiləri ilə görüşmək üçün gəliblər.

De Mistura hər tərəflə ayrı-ayrılıqda görüşməyi planlaşdırır ki, hər iki tərəfə təkliflər irəli sürə bilsin.

Belə etməklə o, birbaşa danışıqlara zəmin yaradır.

ABŞ dövlət katibi Con Kerri Suriya hökümətini və müxalifəti beş ildir davam edən, 250 mindən çox insanın ölümünə, bir milyondan çox insanın isə didərgin düşməsinə səbəb olan münaqişəyə son qoymağa çağırıb.

XS
SM
MD
LG