Accessibility links

Suriya fəalları deyir ki, üsyançılar Dəraa şəhərində prezident Bəşar Əl-Əsəd üçün təşkil edilmiş seçki kampaniyası yürüşündə iştirak edən 21 nəfəri öldürüb.

Suriya İnsan Haqlarını Müşahidə qrupunun bildirdiyinə görə üsyançılar cənab Əsədin tərəfdarları toplaşan çadıra hücum edib.

Qrupunun üzvü Rami Abd Əl-Rəhman Amerikanın Səsinə hadisə qurbanları arasında mülki vətəndaşlarla yanaşı Əsəd tərəfdarı yarı-hərbi qüvvələrin də olduğunu deyib.

Londonda qərargahlanan və yerli müxalif fəallardan daxil olan məlumatlara əsaslanan müşahidə qrupu 30 nəfərin ciddi yaralandığını deyib.

Rəhman seçki günü yaxınlaşdıqca daha da çox hücumların olacağını ehtimal etdiyini deyib.

Seçkilər kampaniyası bu ayın əvvəli başlayıb. Səsvermə iyunun 3-ü keçiriləcək.
XS
SM
MD
LG