Accessibility links

Suriya ordusunun Dəməşq ətraflarına hücumları nəticəsində 21 adam həlak olub. Bir neçə şəhərdə isə hökumət əleyhinə nümayişlər baş qaldırıb.

Müxalif fəallar Dərayada əksəriyyəti mülki əhali olmaqla, 70 adamın həlak olduğunu bildirir.

Sünni müsəlmanların yaşadığı bir sıra məhəllələrdə də qızğın döyüşlər gedir. Deir Ezzor şəhərində Suriya Azadlıq ordusu və hökumət qüvvələri arasında toqquşma olub.

Suriyanın İnsan Hüquqları Müşahidəsi qrupu dünəndən bəri Suriyda 220 adamın həlak olduğunu bildirir.

Bu arada, BMT-nin Qaçqınlar üzrə agentliyi Livanda sığınacaq tapan suriyalı qaçqınlara yardımlara maneə törədildiyini bildirir. Agentliyin məlumatına görə, Tripolidə rəqib qruplar arasında toqquşmalar yardımları ləngidir.

Suriyalı qaçqınların sayı 200 mindən artıqdır. BMT-nin təxminlərinə görə, onların 185 mininə yardım göstərilməlidir. 74 min Türkiyədə, 15 min qaçqın İordaniyada sığınacaq tapıb.
XS
SM
MD
LG