Accessibility links

Suriyalı fəallar təhlükəsizlik qüvvələrinin Dəməşqdə üsyançılara hücum etdiyini, Hələbdə isə üsyançıların hücuma keçdiyini bildirir.

Fəalların verdyi məlumata əsasən üsyançıları Dəməşqdən çıxarmağa çalışan hökumət qüvvələri hərbi vertolyotlardan və tanklardan istifadə edib. Suriyanın dövlətə məxsus SANA agentliyi vertolyotlardan istifadə edildiyini inkar edib və hökumət qüvvələrinin onların ifadəsi ilə “terrorçular”ı küçələrdən təmizləməsindən sonra paytaxtda vəziyyətin normal olduğu haqda məlumat verib.

Bu arada, internetdə yerləşdirilmiş videoda Hələb şəhərinin azad edilməsi əməliyyatının başladığı elan edilib. Şahidlər şəhərin küçələrində döyüşlərin getdiyini bildirib.

Bu arada, Türkiyə rəsmiləri Suriya üsyançılarının iki ölkə arasında daha bir sərhəd keçid məntəqəsi olan Bəb Əl-Sələmənin nəzarətini hökumət qüvvələrindən aldığını bildirib.

XS
SM
MD
LG