Accessibility links

Dəməşq yaxınlığında artilleriya hücumu nəticəsində mülki vətəndaşlar həyatını itirib 


Müşahidəçilər Suriya hökumət qüvvələrinin Dəməşq yaxınlığında mülki vətəndaşlar üçün sığınacağı artilleriya atəşinə tutması nəticəsində azı 30 adamın yaralandığını, bir neçə adamın öldüyünü bildirib. Mülki vətəndaşlar üsyançılar və Suriya ordusu arasında yaxın bölgədə gedən döyüşlərdən qaçıb sığınacağa yerləşmişdi.

Suriyada hərbi əməliyyatları müşahidə edən və müharibə haqda məlumatlar verən Suriya İnsan Hüquqlarını Müşahidə qrupu Barada vadisindəki Deyr Qanun şəhəri yaxınlığındakı hücumu qətlam adlandırıb. Qrupun bildirdiyinə görə, yeddi nəfərin öldüyü təsdiq edilib. Qrup çox sayda insan ağır yaralandığı üçün ölənlərin sayının artacağını gözlədiyini bildirib.

Müxalif STEP xəbər agentliyinin video görüntülərində qanla boyanmış döşəməyə işarə edərək, həyat yoldaşı və ailəsinin iki üzvünün öldüyünü deyən bir mülki vətəndaş göstərilib. Sığınacağın qarışısında isə yerdə bir neçə insanın cəsədi göstərilib.

Barada vadisi
Barada vadisi

Dəməşqdən şimalda su ilə zəngin vadidə döyüşlər keçən ilin dekabr ayından instensivləşib. Bu ərazidə paytaxt Dəməşq və onun 5,5 milyon sakinini su ilə təmin edən Barada çayından təchizat suyun çirklənməsi ilə əlaqədar olaraq azalıb.

Hökumət üsyançıları suyu dizel yanacağı ilə zəhərləməkdə ittiham edib, müxalifət liderləri isə suyun çirklənməsinə hökumətin hava hücumları nəticəsində su təmizləmə obyektinin dağılmasının səbəb olduğunu bildirir.

Yerli rəsmilər bəzi üsyançıların ərazini tərk etməsi və başqaları ilə müvəqqəti atəşkəsin əldə edilməsini nəzərdə tutan daha əhatəli razılaşmanın bir hissəsi olaraq mühəndislərin obyektin təmirinə başladığını bidlirib.

Lakin müşahidəçilər şənbə günü silahlı şəxslərin atəşkəsə nəzarət edən müzakirəçilər qrupunun başçısını güllə ilə vurub öldürməsindən sonra razılığın pozulduğunu bildirib.

XS
SM
MD
LG