Accessibility links

Beynəlxalq donorlar Suriyaya 2,4 milyard dollarlıq yardım ayırır


BMT-nin Baş katibi Ban Ki Mun beynəlxalq donorların Suriyada döyüşlər nəticəsində zərər çəkmiş insanlara yardım məqsədilə 2,4 milyard dollar məbləğində yardım ayırmağa söz verdiyini bildirib.

Cənab Ban bu açıqlamanı BMT-nin bu il ərzində rekord 6,5 milyard dollar toplamaq səylərinin bir hissəsi olaraq Küveytdə keçirilən donorlar konfransından sonra verib. Cənab Ban Suriyada döyüşlərin ölkəni illər və on illiklər geri saldığını deyib.

Küveyt konfransı donor ölkələrin 500 milyon dollar yardım vədi ilə açılıb. ABŞ Dövlət katibi Con Kerri Birləşmiş Ştatların əlavə olaraq yardım üçün 380 milyon dollar ayırdığını bildirib. ABŞ təxminən üç il bundan əvvəl Suriyada döyüşlər başlayandn ölkəyə 1,7 milyard dollarlıq yardım göstərib.

BMT doqquz milyondan çox suriyalının evlərindən didərgin düşdüyünü, bunların 2,3 milyonunun qaçqın kimi qonşu ölkələrə üz tutduğunu bildirib.
XS
SM
MD
LG