Accessibility links

Suriya dövlət mediası Bəşar Əsədlə bağlı məlumatı təkzib edib


Suriya dövlət mediası prezident Bəşar Əl-Əsədlə bağlı yayılan son məlumatların qeyri-dəqiq olduğunu bildirərək xəbərə təkzib edib. Yayılan xəbərlərdə deyilirdi ki, cənab Əsəd rusiyalı qanunvericilərə hakimiyyətdən getməyə dair heç bir marağının olmadığını və bu məsələnin müzakirələr açıq olmadığını deyib.

Mübahisəli məlumat Suriyaya dair keçiriləcək beynəlxalq sülh konfransından bir neçə gün öncə yayılıb.

Bu gün Rusiyanın İnterfaks xəbər agentliyi cənab Əsədə belə bir sitat gətirib: “Təslim olmaq istəsəydik, bunu əvvəldən edərdik. Bu məsələ müzakirəyə açıq deyil”. Agentlik bildirir ki, tərcüməçi cənab Əsədin bugünkü çıxışını rus dilinə sinxron tərcümə edərkən bu sözləri deyib.

Suriya hökuməti və müxalifəti gələn həftənin çərşənbə günü İsveçrədə keçiriləcək sülh danışıqlarında iştirak etməlidir. Danışıqlarda cənab Əsədin Suriyadakı gələcəyinin başlıca müzakirə mövzusu olacağı gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG