Accessibility links

Suriya Dəraa şəhərində kütləvi məzar aşkar ediliyini inkar edir


Suriya Dəraa şəhərində kütləvi məzar aşkar ediliyini inkar edir
Suriya Dəraa şəhərində kütləvi məzar aşkar ediliyini inkar edir

Obama administrasiyası və Avropa İttifaqı nümayişçilərə divan tutan Suriya hökumətinə təzyiqlər üçün əlavə ölçülərə əl atılacağını bildirir. ABŞ dövlət katibi Hillari Klinton Vaşiqntonda Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbəri Katrin Aştonla görüşü zamanı Suriyada hökumətin zorakılqılarının onu ciddi şəkildə narahat etdiyini bildirib. Həm ABŞ, həm də Avropa İttifaqı Suriyaya qarşı sanksiyalar tətbiq edib.

Suriyanın Daxili İşlər Nazirliyi keçən ay hökumət qüvvələrinin nünayişçilərə divan tutduğu cənub Dəraa şəhərində kütləvi məzar aşkar ediliyini inkar edib.

Nazirlik rəsmisinin xəbər agentliyinə dediyinə görə, bu xəbər həqiqətə uyğun deyil və məlumat Suriyaya qarşı təhrik kampaniyasının bir hissəsidir.

Dəraa sakinləri və insan hüquqları müdafiəçiləri kütləvi məzarın şəhər yaxınlığında aşkar edildiyini, lakin ərazinin hökumət tərəfindən bağlandığını bildirir. Suriya prezidentinin istefası çağırışı ilə mart ayından baş qaldıran nümayişlər zamanı 850 adamın öldürülüdüyü, 7 mindən artıq adamın həbs edildiyi deyilir. Suriya İnqilabı-2011 adlı müxalifət qrupu Facebook-da sabah ümimilli tətillərə çağırıb.

Obama administrasiyası və Avropa İttifaqı Suriya hökumətinə qarşı əlavə ölçülərə əl atılacağını bildirir

XS
SM
MD
LG