Accessibility links

Suriyada hava hücumları nəticəsində 50 mülki vətəndaş həlak olub


Suriyanın şərqində cümə axşamı gecə keçirilmiş hava hücumları nəticəsində 35 mülki vətəndaş həlak olub. Onların arasında Suriyanın şərqindəki Deyr Əz-Zor şəhəri yaxınılığında cihadçıların nəzarətində olan Əl-Məyədin şəhərində İslam Dövləti qrupunun döyüşçülərinin ailə üzvləri də olub.

Britaniyada qərargahlanan Suriyada İnsan Haqlarını Müşahidə qrupunun verdiyi məlumata əsasən, Əl-Məyədin şəhərində 2 gün sürən hava hücumları nəticəsində ümumilikdə 50 nəfər mülki vətəndaş həlak olub.

ABŞ-ın başçılığı ilə İŞİD-ə qarşı hərbi əməliyyatlar aparan koalisiyanın sözçüsü Röyters xəbər agentliyinə mayın 25-i və 26-da Əl-Məyədin şəhərində hərbi hava hücumlarının keçirildiyini bildirib.

Əl-Məyədin sakinləri səhər saat 7:25-də şəhər üzərində kəşfiyyat təyyarələrinin uçduğunu deyiblər. Onların sözlərinə görə, bundan sonra atılmış raketlər iki binaya dəyib. Bu binalardan birində İŞİD döyüşçülərinin Suriya və Mərakeşdən ailələri yaşayırdı.

BMT-nin insan haqları üzrə komissiyarı Raad Əl-Hüseyn Suriyada əməliyyatlar keçirən bütün qüvvələri hava hücumlarının keçirildiyi zaman legitim hərbi hədəflər və mülki əhalinin yaşadığı yerlər arasında fərq qoymağa çağırıb.

İŞİD Suriya və İraqda mövqelərini itirməkdə davam edir.

ABŞ-ın başçılıq etdiyi koalisiya hava hücumlarının keçirildiyi zaman mülki əhali arasında tələfata yol verilməməsi üçün ehtiyatlı davrandığını bildirib.

XS
SM
MD
LG