Accessibility links

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Əsəd rejimi və rəqib qüvvələrin təmsilçiləri arasında gələn həftə Cenevrədə keçiriləcək sülh danışılarında nailiyyət əldə ediləcəyinə dair ümidini ifadə edib.

Staffan de Mistura müzakirələrin nəticələrinin ABŞ-ın mövqeyindən asılı olacağını bildirib.

Mən düşünmürəm ki, Amerika bütün problemləri həll edəcək bir mövqedən çıxış etsin

Almaniyanın Münhen şəhərində keçirilən Təhlükəsizlik Konfransında nümayəndə ABŞ-ın hansı mövqedə olduğunu sual edib.

Mistura deyib ki, 6 illik Suriya böhranının siyasi yolla həlli etimada əsaslanmaqla mümkün ola bilər.

Brett Makkurk

Brett Makkurk

ABŞ prezidenti Donald Trampın mövqeyini sual edərkən, Dövlət Departamentinin diplomatı Brett Makkurk deyib ki, insanlar Amerikanın alət dəstindən bir aləti tezliklə seçməsini gözləyirsə, bu, onları məyus edə bilər.

“Mən düşünmürəm ki, Amerika bütün problemləri həll edəcək bir mövqedən çıxış etsin. Çünki belə bir mövqe mövcüd deyil” - deyə doplomat bildirib.

Suriyanın Milli Koalisiyasının prezidenti Anas Əl-Əbdah isə müxalifətin böhranın siyasi yolla həllində dair plana mailk olduğunu deyib.

XS
SM
MD
LG