Accessibility links

Arxeoloqlar Suriyada tarixi yerlərin hələ də risk altında olduğunu deyir [Video]


İslam Dövləti qrupunun Suriyada tarixi yerlərdən çıxarılması onların ölkənin zəngin tarixi keçmişinə vurduğu zərərin miqyasını anlamağa kömək edir. Arxeoloqlar arasında Suriya və Rusiyanın hərbi əməliyyatları nəticəsində bu ərazilərə nəzarətin geri alınmasını müsbət inkişaf kimi qiymətləndirənlər olsa da, başqaları hələ bir çox abidənin risk altında olduğunu deyir.

Müharibəyə son qoyulmalıdır. Suriyanın mədəni irsinin qorunması üçün bu, baş verməlidir.

Çikaqo Universitetinin professoru MakQuir Gibson qədim Mesopotamiya tarixi üzrə dünyanın ən aparıcı mütəxəssislərindən biridir. O dəfələrlə Suriyaya səfər edib.

Amma İŞİD-in tarixi Palmira şəhərini dağıdanda onun edə bildiyi yeganə şey baş verənləri aciz bir şəkildə uzaqdan izləmək olub.

İŞİD qüvvələrinin Palmiradan çıxarılması Gibsona bir da olsa təsəlli verib. O inanır ki, şəhərə nəzarət yenidən hökümətin əlinə keçdiyində, bu qədim şəhər artıq etibarlı əllərdə olacaq.

“Ümid edirəm ki, hökümət daha çox nəzarəti ələ keçirəcək. Ruslara da təşəkkür etmək lazımdır.”

Gibson inanır ki, Rusiyanın hərbi müdaxiləsi və Suriya rejimi ilə əməkdaşlıq Suriyanın təkrarolunmaz mədəni irsinin tamamilə məhv olunmasının qarşısını alıb.

“Fikrimcə bu eyforiya çox sadəlövh və qısamüddətlidir,” deyə Şouni Ştat Universitetinin professoru Əmr Əl Əzm bildirir.

Palmira şəhəri

Palmira şəhəri

O, Gibsondan fərqli fikrə malikdir. O, Suriya müxalifətinin üzvüdür və bir müddət Suriyanın Qədim Abidələr Nazirliyində işləyib. Əl Əzm deyir ki, ruslar və Suriya rejiminin düşünmədən həyata keçirdiyi hava hücumları İŞİD yaraqlılarının qəsdən törətdiyi dağıntılar qədər təhlükəlidir.

“Ruslar və rejim heç nəyi hesaba almır. Onlar yollarında olan hər şeyi bombalayır.”

Əl Əzm hər gün Suriyada baş berən dağıntıların şəkilləri və onlarla bağlı məlumat alır. Rusiya və Suriya qüvvələrinin rolunu qınasa da, o, Gibsonla Suriya irsinin üzləşdiyi daha böyük təhlükə məsələsində onunla razılaşır.

“Qarət Suriyanın mədəni irsinə daha böyük ziyan vurub, amma heç bu barədə danışan yoxdur.”

Tarixi abidələrin Suriyadan xaricə satışı qeyri-qanunidir. Amma müharibənin yaratdığı qarışıqlıq və beynəlxalq tələbat Suriyanın tarixi abidələrinin satışı üçün qara bazarın yaranmasına səbəb olub.

Qarət Suriyanın mədəni irsinə daha böyük ziyan vurub, amma heç bu barədə danışan yoxdur.

“Bu, mütəşəkkil banditizmdir. Amma bunun üçün bir bazar mövcuddur,” deyə Gibson bildirir.

Əmr Əl Əzm deyir ki, geniş yayılmış qarət və dağıntıların qarşısının alınması üçün bir tək həll yolu var.

“Müharibəyə son qoyulmalıdır. Suriyanın mədəni irsinin qorunması üçün bu, baş verməlidir.”

Suriyada vətəndaş müharibəsi artıq altıncı ilə qədəm qoyduğu üçün buna ümid zəif olaraq qalır.

XS
SM
MD
LG