Accessibility links

BMT Suriyada fələstinli qaçqın düşərgəsinə hücumlardan ciddi narahatdır


BMT baş katibi Ban Ki Mun Suriyada zorakılıqların artmasını qınayaraq deyib ki, Fələstin qaçqın düşərgələrinin hökumətin qırıcı təyyarələri tərəfindən bombalanması ciddi narahatlıq doğurur.

Suriyanın müxalifət fəallarının bildirdiyinə görə, 8 nəfərin həyatına son qoyan hava hücumları 2011-ci ilin martında xalq üsyanı başlayandan prezident Bəşar Əl-Əsədə sadiq qüvvələrin Yarmuk qaçqın düşərgəsinə ilk hücumdur.
Onlar de yir ki, ölənlərdən bəzisi məscidin hücuma məruz qalması nəticəsində həlak olub.

Suriya yüz minlərlə fələstinli qaçqına ev sahibliyi edir.

Bundan başqa İslamçı üsyançı fransiyası Hələb şəhəri yaxınlığında hökumət qüvvələri ilə günlərlə davam edən döyüşlərdən sonra bu gün ordu akademiyasını ələ keçirdiyi iddia edib.
XS
SM
MD
LG