Accessibility links

Suriyada 10 ay bundan əvvəl girov götürülmüş dörd fransız jurnalist vətənə qayıdıb.

Paris yaxınlığında hərbi bazaya gətirilən jurnalistləri ailə üzvləri və dostlarla yanaşı, Fransa prezidenti Fransua Holland qarşılayıb.

Türkiyənin Doğan xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyə əsgərləri jurnalistləri gözləri və əlləri bağlı vəziyyətdə Suriya ilə sərhəddə tapıblar.

Suriyada münaqişəni işıqlandıran jurnalistlər keçən ilin iyun ayında ayrı-ayrı insidentlər zamanı girov götürülmüşdü. Onların saxlanma şəraitinin ağır olmasına baxmayaraq, sağlıq durumunun normal olduğu bildirilir.

Jurnalistləri Müdafiə Komirəsi Suriyanın dünyada jurnalistlər üçün ən təhlükəli ölkələrdən biri olduğunu bildirir.
XS
SM
MD
LG