Accessibility links

ABŞ generalı Suriyada bufer zonasının yaradılmasına dəstək vermir


Yaxın Şərq üzrə ABŞ qüvvələrinin komandanı çərşənbə günü etiraf edib ki, Suriyada döyüş meydanında ABŞ-ın təlim keçdiyi dörd-beş adam qalıb. Proqramı "total iflas" adlandıran qanunvericilər onun etirafını qəzəb və ikrah hissi ilə qarşılayıblar.

Bu, çox kiçik rəqəmdir. Döyüşdə olanlar... Söhbət dörd-beş adamdan gedir.

ABŞ-ın yüksək səviyyəli generalı evlərindən didərgin düşən insanların hava hücumları və Suriya hökumət qüvvələrindən qorunması üçün bufer və uçuşlara qadağa zonasının yaradılmasını tövsiyə etmədiyini deyib.

ABŞ-ın Mərkəzi Komandanlığının başçısı, ordu general Lloyd Austin Senatın Silahlı Qüvvələr Komitəsinə bildirib ki, qaçqınların müdafiə edilməsi üçün yerdə quru qüvvələr olmalıdır, lakin hazırda bu qüvvələr orada yoxdur.

O, günün sonunda ABŞ təlimatçılarının tapşırığın öhdəsindən gələcəyinə əmin olduğunu vurğulayıb.

"Onlar bu və ya digər yolla işi tamamlamağın yolunu tapacaqlar," deyə Austin hərbi treynerlər bildirib.

Hərçənd ki, daha çox suriyalılar hazırda təlim keçir, Demokrat Senator Kler MkKaskill yeni planın vaxtının çatmış ola biləcəyini deyib. O, Pentaqonun gələn ilə treyninq üçün 600 milyon dollar ayırmasını tənqid edib.

ABŞ-ın təlim keçdiyi suriyalılar İŞİD-ə qarşı döyüşlərdə effektiv olmayıblar.

ABŞ-ın təlim keçdiyi suriyalılar İŞİD-ə qarşı döyüşlərdə effektiv olmayıblar.

Komitəsinin sədri, Senator Con Makkeyn general Austinə Suriyadan kütləci qaçqın axını davam etsə ABŞ-ın nə etməli olduğu haqda sual verib.

“Bu, dəhşətli faciədir və beynəlxalq ictimaiyyət bu istiqamətdə birgə işi davam etdirir. Biz ümid edirik ki, qaçqın axını davam etdikcə daha çox ölkənin yardım göstərəcəyini görəcəyik,” deyə general bildirib.

Makkeyn Suriya prezidenti Bəşar Əl-Əsəd hökumətini qaçqınlara çəllək bombaları atmaqda və onları qətlə yetirməkdə ittiham edib.

General Austin həmçinin Rusiyanın Latakiya limanında hərbi hava bazası yaratması və Bəşar Əl-Əsədi dəstəkləmək üçün Suriyaya əsgəri qüvvə və silah göndərməsinə münasibət bildirib.

İlkin hədəf İŞİD-ə qarşı döyüşmək üçün 5,400 döyüşçüyə təlim keçməyi nəzərdə tuturdu. Amma ABŞ-ın təlim keçdiyi 54 döyüşçü Suriyadya daxil olduqdan az sonra Əl-Qaidaya yaxın qüvvələrin hücumuna məruz qalaraq döyüş qabiliyyətini itirib.

XS
SM
MD
LG