Accessibility links

Suriyada yaralı uşağın fotosu medianın diqqət mərkəzindədir


Syrian boy
Syrian boy

Hələbdəki hücumda 5-i uşaq olmaqla, 8 nəfər həlak olub

Suriyanın Hələb şəhərinə edilən dağıdıcı hava hücumlarından sonra qanlar içində olan balaca oğlan uşağının fotosu dünyada insanların diqqətini cəlb edib. Foto ənənəvi və sosial mediada geniş yayılıb.

Ambulansa qoyulan üzü qanlı və toz içində olan uşağın fotosunu Suriya müxalifət qüvvələri yayıb.

Hələbdə həkim işləyən Osama Abu al-Ezz 5 yaşlı oğlanın Omran Dagneesh olduğunu təsdiq edib. Uşaq çərşənbə günü axşam saatlarında “M10” xəstəxanasına çatdırlıb və başından aldığı yaralardan müalicə alıb.

Uşaq üsyançıların nəzarət elədiyi Qaterci ərazisində həyata keçirilən hava hücumu zamanı yaralanıb.

“M10” hospitalının həkimi hücumlar zamanı 8 nəfərin öldüyünü deyib. Onlardan 5-i uşaqdır.

Hücumdan az sonra xilasedicilər və jurnalistlər zərərçəkənləri dağıntılar arasından çıxarmağa başlayıblar. Xilasedicilər arasında bu müharibənin vəhşiliyini nümayiş etdirən şəkli çəkmiş jurnalist Mahmud Raslan da olub.

Raslan həmin uşağın, valideynlərinin və 3 bacı-qardaşının dağıntılar arasından xilas edildiyini deyib.

XS
SM
MD
LG