Accessibility links

Suriyada həbsxanaya hava hücumu nəticəsində 16 nəfər ölüb


Suriyanın şimal-qərbində həbsxanaya hava hücumu nəticəsində azı 16 nəfərin öldüyü bildirilir.

Britaniyada qərargahlanan Suriya İnsan Haqlarını Müşahidə qrupunun bildirdiyinə görə, üsyançıların nəzarətində olan İdlib şəhərində keçirilən hava hücumu nəticəsində məhbuslar və həbsxana işçiləri arasında ölənlər var.

Müşahidə qrupu bildirib ki, ölənlərdən bəzilərinin hava hücumları zamanı həbsxanadan qaçan və həbsxana işçiləri tərəfindən güllə ilə vurulan məhbuslar olduğu haqda məlumat əldə edib.

Üsyançıların istinadgahı olan İdlibdə Rusiya hərbi təyyarələri Suriya prezidenti Bəşar Əl-Əsədə dəstək olaraq hərbi hava hücumları keçirir.

Suriyada 2011-ci ildən başlayan münaqişə nəticəsində 400 mindən çox insan həyatını itirib, 1 milyondan çox insan yaralanıb. Ölkə əhalisinin yarısı münaqişə nəticəsində yerlərindən didərgin düşüb.

XS
SM
MD
LG