Accessibility links

Suriyanın Banias şəhərində onlarla adam nəzarət altına alınıb


Suriyanın İnsan Hüquqlarının Müşahidəsi qrupunun bildirdiyinə görə, sahil şəhəri Baniasda onlarla adam nəzarət altına alınıb.

Qrupun sözçüsü Mataz Suheil “Amerikanın səsi”nə bildirib ki, sanksiyasız həbs edilənlərə arasında 3-ü uşaq, 25-i qadın olmaqla, 68 adam daxildir. Onlara qarşı heç bir ittham irəli sürülməyib. Həbslərin 3 gün əvvəl yüksək səviyyəli rəsminin girov götürülməsi ilə bağlı olduğu düşünülür.

Suriyanın İnsan Hüquqlarının Müşahidəsi qrupu BMT-nin Baş Assambleyasını Suriyadakı zorakılıqlara son qoyulıması üçün təcili ölçülər götürülməsinə çağırıb.

Bu arada, satellit şəkilləri Hələb şəhərində Suriya qüvvələrinin hərbi əməliyyatlarını nümayiş etdirib. Avqust ayınıln 9-u ilə 23 arasında çəkilıən şəkillərdə zirehli maşınlar və tankların şəhərə yerləşdirildiyini və yüzlərlə dağılmış binalar göstərilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG