Accessibility links

Suriya müxalifət fəallarının bildirdiyinə görə, hökumət qüvvələri Hələb şəhərindəki müxalif döyüşçülərin hədəflərinə şiddətli hücum hazırlayır.

ABŞ Suriya hökumətini kütləvi qırğınlara yol verməməyə çağırıb. Dövlət Departamenti Obama administrasiyasının sıx əhaliyə malik olan bölgələrə qarşı hücumlara görə dərin narahatlıq hissi keçirdiyini bildirib.

Hökumət qüvvələri ilə üsyançılar arasında 16 aydır səngimək bilməyən qarşıdurmalar ölkənin bir neçə əsas şəhərində davam edir.

Baş qərargahı Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Təşkilatının məlumatında deyilir ki, bu gün Hələb şəhərində artilleriya hücumları zamanı bir qız ölmüş, 7 nəfər yaralanmışdır. Məlumatda eləcə də, Həma və Deir Əs-zur şəhərlərində ölümlə nəticələnən toqquşmaların baş verdiyi, İdlib şəhərində isə hərbi maşının partladıldığı deyilir.

Fəallar hökumət qüvvələrinin Hələb şəhərindəki hərbi əməliyyatlarda vertolyot və tanklardan istifadə etdiyini bildirirlər.
XS
SM
MD
LG