Accessibility links

Suriya ordusu Hələbin bir neçə rayonunun nəzarətini əlinə keçirib


Suriya fəallarının bildirdiyinə görə, hökumət qüvvələri bu gün də Hələb şəhərinin üsyançıların nəzarətində olan hissəsinə hücumlarını davam etdirib. Yerli Koordinasiya Komitəsi və İnsan Haqları Müşahidəçi qrupu döyüşlərin Hələbin bir neçə rayonunun nəzarətinin hökumət qüvvələrinin əlinə keçdiyini bildirib.

Rəqib qüvvələrin komandirləri isə silah-sursat çatışmazlığından şikayətlənir.

Çərşənbə günü Suriya ordusunun şəhəri iki tərəfdən qırıcı təyyarələr və hərbi vertolyotlarla hücuma məruz qoyduğu vaxt piyada döyüşçülər üsyançıların mövqelərinə hücumlar etmişlər.

Dünən 43-ü Hələbdə olmaqla, ölkə boyu 170 adam döyüşlərin qurbanı olub.

Bu arada, Suriyanın müttəfiqi İran böhranın aradan qaldırılması məqsədilə Tehranda yığıncaq keçiriləcəyini deyir. İranın xarici işlər naziri Əli Əkbər Salehi Tehranın Suriyada atəşkəsə tərəfdar ölkələrlə birlikdə bu ölkəyə humanitar yardım göndərilməsi və dialoq qurulması yolunda müzakirələr aparılacağını bildirib.
XS
SM
MD
LG