Accessibility links

Suriya ordusu Hələbdə üsyançıların mövqelərini atəşə tutur


Hökumət qüvvələrinin müxalifətə qarşı ciddi hücuma hazırlaşdığı xəbər verilir

Suriya ordusu Həlbdə üsyançıların mövqelərini ağır sialharla və vertolyotlardan atəşə tutmağa davam edir.

Ölkənin ən böyük şəhəri olan Hələb prezident Bəşar Əl-Əsədə qarşı üsyanın başladığı bir il yarım ərzində tərəflər arasında mübarizənin mərkəzinə çevrilmişdir. Hökumət qüvvələrinin müxalifətə qarşı ciddi hücuma hazırlaşdığı xəbər verilir.

Bu arada, İran mətbuatının verdiyi məlumata görə, rəsmi Tehran Türkiə və Qətərdən çənbə günü Dəməşqdə girov götürülmüş 48 iranlının azad edilməsinə yardım göstərilməsini istəyib. İran girovların zəvvar olduğunu bildirir, lakin Əl-Ərəbiyyə televiziyasının verdiyi məlumata əsasən, Suriya hökuməti onların İranın elitar İnqilabi Qvardiyasının üvzləri olduğunu bildirib.

İran Suriya hökumətinə dəstək verdiyi halda, Türkiyə və Qətər müxalifəti dəstəkləyir.

ABŞ Dövlət katibi Hillari Klintonun Suriyada böhranı müzakirə etmək üçün gələn həftə Türkiyəyə səfər edəcəyi gözlənilir.

Dövlət Departamenti bunu xanım Klintonun Afrika səfəri əsnasında elan edib.
XS
SM
MD
LG