Accessibility links

Suriya ordusu Livanın Hizbullah militantlarının köməyi ilə üsyançıları mühasirəyə almaq və onların təchizat yollarını kəsmək məqsədilə Hələb yaxınlığında bir neçə kəndi ələ keçirib. Bu haqda məlumatı qərargahı Britaniyada yerləşən Suriyada İnsan Hüquqlarını Müşahidə qrupu yayıb.

Qrupun bildirdiyinə əsasən, son bir həftə ərzində bu ikinci hücum zamanı hökumət qüvvələri üsyançların Hələbdən ölkənin şimalında Türkiyə sərhəddinə qədər təchizat yolu kimi istifadə etdiyi şosse yolunu bağlamağa nail olub.

Suriyada münaqişəni izləyən İnsan Hüquqlarını Müşahidə qrupu döyüşlər zamanı 18 müxalif döyüşçünün, həmçinin Suriya hərbi qüvvələrinin bir neçə əsgəri və hökumət tərəfdarı bir neçə silahlı şəxsin öldürüldüyü haqda məlumat verib.

Qrupun başçısı Rami Əbdürrəhman hücuma hazırlıq məqsədilə Hələb vilayətində günlərdir hökumət qüvvələri və Hizbullah dəstlərinin möhkəmləndirildiyini bildirib. Onun sözlərinə görə, hökumətin atdığı addımların ciddi təsiri olub. “Bu, çox mühümdür, çünki əgər onlar belə etməyə davam etsə, gəlcəkdə təchizat yolları tamamilə bağlanacaq”-deyə o bildirib.

Suriyanın dövlətə məxsus mediası hücumla bağlı məlumat verməyib. Dövlət televiziyası Hələbdə üsyançıların hökumət qüvvələrinin nəzarət etdiyi əraziləri mərmilərdən atəşə tutduğu haqda məlumat verib. Hücum zamanı azı beş adamın öldüyü, 15 adamın yaralandığı bildirilib.

Suriyanın ikinci ən böyük şəhəri olan Hələb hökumət tərəfdarı qüvvələr, habelə Əl-Qaidə ilə əlaqəsi olan Nusra Cəbhəsi də daxil olmaqla müxtəlif islamçı qruplar və Qərbin dəstəklədiyi birləşmələr arasında toqquşmaların mərkəzindədir.

XS
SM
MD
LG