Accessibility links

Suriya qüvvələri 5 xəstəxananı hədəf alıb


Suriya hökumət qüvvələrinin hava zərbələri 5 xəstəxananı hədəf alıb. Nəticədə bir körpə həlak olub.

Hücumların həyata keçirildiyi Hələb və Atarebdə 200 mindən artıq sakin yaşayır.

Suriyanın İnsan Haqlarının Müşahidəsi qrupunun bildirdiyinə görə, ötən həftədən bəri qüvvələr Hələbin bir hissəsini mühasirədə saxlayır.

Regionun üsyançıların nəzarətində olan bölgələrində ərzaq qıtlığı yaşanır.

Ümumdünya Səhiyyə Təşkilatının bildirdiyinə görə, 2015-ci ildə Suriya səhiyyə baxımından dünyanın ən təhlükəli ölkəsi olub. Təşkilat səhiyyə işçiləri və sağlamlıq mərkəzlərinin 135 dəfə hücuma məruz qaldığını bildirir.

Suriya hökuməti 5 illik münaqişənin həlli məqsədi ilə sülh müzakirələrinin bərpa ediləcəyini bəyan edib.

SANA xəbər agentliyi xarici işlər nazirinə istinadən bildirib ki, ölkəsi Suriyalılar-Suriyalılara dialoqunu davam etdirməkdə əzmlidir. Lakin o, danışıqların heç bir şərt irəli sürülmədən və xarici müdaxilə olmadan aparılacağı barədə xəbərdarlıq verib.

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Nistira müzakirələrə gələn ay Cenevrədə start veriləcyini deyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG