Accessibility links

Rusiya yenidən Hələbi bombalayıb


Müşahidəçilər deyir ki, çərşənbə axşamı günü Rusiyanın hərbi təyyarələri Suriyanın üsyançı qüvvələrin nəzarətində olan Hələb şəhərinin şərqində hücum həyata keçiriblər. Hücum nəticəsində 20-dən çox insan həlak olub.

Britaniyada yerləşən Suriya İnsan Haqlarını Müşahidə qrupu hücumu prezident Bəşər Əl-Əsədin keçən həftə hava hücumlarını dayandıracağını elan etməsindən sonra bu günə qədər Rusiya tərəfindən “ən ağır bomba hücumu” adlandırıb.

Müşahidəçilər və humanitar yardım qrupları bildirib ki, sentyabr ayından bəri hava hücumları çoxu yerli sakinlər olmaqla 300-dən çox insanın ölümülə nəticələnib.

Rusiya prezidenti Vladimir Putin Fransa prezidenti Fransua Ollandla planlaşdırılmış görüşlərin əsas mövzusunun Suriyada vəziyyətlə bağlı olacağını bildirdikdən sonra Fransaya səfərini təxirə salıb.

Putinin bu addımı Fransa xarici işlər naziri Jan Mark Ayraultun Rusiyanın müharibə cinayətinə görə Beynəlxalq Cinayət Məhkəməsinə verilə biləcəyi ilə bağlı xəbərdarlığından sonra atıb.

Moskva təkidlə Suriyada hücumların sakinlərə qarşı edilmədiyini bildirir və hücumların əsas hədəfinin Əsəd hökumətinə dəstək olaraq terror qruplarına qarşı olduğunu deyir.

Rusiya şənbə günü Fransa və İspanyanın Hələbdə hücumların dayandırılmasına dair BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi qətnaməsinin qarşısını alıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG